Azərbaycanda dəhşət: Üzünü yumaq istəyən fəhlə suya düşüb öldü

0

Bərdədə 24 yaşlı oğlan kanalda batıb.

İctimaiRəy.az un  məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində baş verib. 24 yaşlı Orucov Elməddin Yusif oğlu həmin kanalda batıb.

Onun xilas edilməsi üçün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məlumata görə, Elməddin Orucov Bərdə şəhər sakinidir. Alpout kəndində yem mağazasında fəhlə işləyirmiş. İddialara görə, o, kanala əl-üzünü yumağa gəlib. Ancaq qəflətən sürüşərək kanala düşüb.

Hazırda onun meyitinin axtarışları davam etdirilir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »