Yaponiya hökuməti COVİD-19-la mübarizəyə dəstək olmaq üçün İrana peyvənd göndərəcək.
Axar.az xəbər verir ki, bu çərçivədə Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi COVİD-19 peyvəndləri üçün Qlobal Giriş Proqramı (COVAX) vasitəsilə İrana 700 min doza vaksin tədarük ediləcək.
Qeyd edək ki, Yaponiyada istehsal olunan virusa qarşı vaksinlərin İrana daşınması bu həftə baş tutacaq.