Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir.
Bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.
Qeyd edək ki, deputat həmçinin PCR testinin ləğv edilməsini və Azərbaycanın quru sərhədlərinin açılmasını da təklif edib.
Comments are closed.