Britaniya Ukrayna ordusuna “Mastiff” adlı ağır zirehli texnika verəcək.
İctimaiRey.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News”a müsahibəsində deyib.
Bildirilib ki, 23 tonluq zirehli texnika 8 əsgər və 2 ekipaj üçün nəzərdə tutulub. Məlumata görə, bu silah Ukrayna ordusuna əks-hücum əməliyyatları keçirməyə imkan verəcək.
Qeyd edək ki, “Mastiff” ağır zirehli texnikası Əfqanıstan münaqişəsi zamanı əldəqayırma partlayıcı qurğuları zərərsizləşdirmək məqsədilə hazırlanıb.