Deputatlar Şuşanın görməli yerlərini ziyarət edəcəklər

0

Bu gün Şuşa şəhərində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçiriləcək.

İclasda iştirak edəcək deputatlar artıq yola düşüblər. Tədbirin saat 12:00-da “Qarabağ” hotelində keçirilməsi planlaşdırılıb.

Səfər proqramına əsasən, deputatlar iclasdan sonra Şuşa şəhərinin görməli yerlərinə baş çəkəcəklər. Saat 17:00-da Bakıya qayıdış nəzərdə tutulub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »