SON XƏBƏR: Putinin sağ əli olan Şoyqu 12 gündür itkin düşüb.

0

 Putinin sağ əli olan Şoyqu 12 gündür itkin düşüb.

İctimaiRey.az Rusiya-Ukrayna müharibəsinin 29-cu gününə girdiyimiz bir vaxtda Putinin sağ əli olan müdafiə naziri Sergey Şoyqunun uzun müddətdir görünmədiyi üzə çıxıb. Bildirilib ki, “ürək problemləri” səbəbindən Şoyqudan 12 gündür xəbər alınmayıb.

Rusiyanın Ukraynaya qarşı müharibəsindən 4 həftə sonra prezident Vladimir Putinin sağ əli kimi görünən müdafiə naziri Sergey Şoyqunun harada olması maraq doğurur.

12 gündür eşidilə bilməyən Şoyqunun ‘ürək problemləri’ səbəbiylə yoxa çıxdığı bildirilir.

Müharibədə gözlədiyi uğuru əldə edə bilməyən Putinin, Şoyqunun yoxa çıxması ilə dərin böhrana girdiyini bildirən ölkə media qurumları müdafiə nazirinin köhnə görüntülərini mətbuata təqdim edib.

Son zamanlar Putinin yaxın ətrafı arasında cadugər ovu başladığı, ABŞ və İngiltərəyə hərbi planlarının sızmasından sonra, yaxın müttəfiqlərindən ehtiyatlanmağa başladığı vurğulanır.

Şübhəlilər arasında Ukraynada 10 mindən çox əsgərin və kütləvi mülki ölümün səbəbkarı olduğu güman edilən əməliyyata məsul olan Şoyqunun da olduğu vurğulanıb.

ŞOYQU’nun Qızı UKRAYNA BAYRAĞI RƏNGLƏRİ ilə poza verib

Bundan əlavə, müdafiə naziri Şoyqunun 31 yaşlı qızı Kseniyanın Ukraynanın mavi və sarı rənglərində poza verdiyi fotoşəkilləri təqdim olunub.

Martın 18-də 66 yaşlı Şoyqu Kremlin saytındakı məqaləsində Putinin təhlükəsizlik şurasının daimi üzvləri ilə “Ukraynada xüsusi əməliyyatın gedişatını” müzakirə etdiyini desə də, lakin fotonun 11 Mart xəbərlərindən olduğu təsbit edilmişdi.

Müharibənin əvvəlində tez-tez peyda olan Şoyquya yaxın mənbə bildirib ki, müdafiə naziri ətrafındakılara özünü yaxşı hiss etmədiyini, ürəyində problem olduğunu deyib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »