DƏHŞƏTLİ QƏTL: Goranboyda 37 yaşlı qadın qətlə yetirilib

0

Goranboy rayonunda qadın əvvəlcə avtomobillə vurularaq, sonra isə bıçaqlanaraq qətlə yetirilib.

İctimairey.az DİN-in Mətbuat Xidmətinin məlumatına əsasən bildirir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova öncə avtomobillə vurulub, daha sonra bıçaqlanıb. Qadın ağır halda xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni onun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mehman Süleymanovun törətdiyi güman olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »