SON DƏQİQƏ: Çində “Boeing” sərnişini qəzaya uğrayıb

Çinin dövlət televiziyası CCTV-nin fövqəladə hallar idarəsinin məlumatlarına istinadən verdiyi məlumata görə, China Eastern Airlines aviaşirkətinə məxsus sərnişin Boeing 737 təyyarəsi Çində qəzaya uğrayıb.

Təyyarə ölkənin Quanqsi-Çjuan Muxtar Bölgəsində, Teng qraflığında qəzaya uğrayıb, qəza yerində yanğın baş verib.

Təyyarədə 133 nəfər olub, ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Hadisə yerinə xilasedicilər göndərilib.

Comments are closed.

Tərcümə »