Qanuni oğru Tsiko İstanbul hava limanında saxta sənədlərlə saxlanılıb

0

Qanun oğru Tsiko Avropaya uçmaq istəyərkən İstanbulda saxlanılıb

Qanuni oğru Tsiko kimi tanınan Teymuraz Qoqolaşvili İstanbul hava limanında saxta adda saxta sənədlərlə saxlanılıb.

Məlumatına görə, 64 yaşlı Kutaisili kriminal avtoritet martın 19-da Avropa ölkələrindən birinə uçmağa hazırlaşırıb. Lakin sənəd yoxlamasından keçməyib. Onun sonrakı taleyi hazırda məlum deyil.

Qoqolaşvili 22 yaşında ikinci dəfə məhkumluq həyatı yaşayarkən, həbsxanalarda avtoritet kimi tanınıb. 80-ci illərin sonlarında Tsiko Tula “qapalı” təcridxanasında həbs həyatı yaşayıb. O zaman burada oğrular iyerarxiyasında çoxlu yüksək vəzifəli məhbusları toplanıb, onlardan ən məşhuru Yaponçik ləqəbli  Vyaçeslav İvankov hesab olunur.

Bundan əvvəl Türkiyədə qanuni oğruların silsilə toplantılarının keçirildiyi, kriminal aləmdə “Şakro Molodoy” kimi tanınan 68 yaşlı Zaxari Kalaşovun köhnə inciklikləri unudub birləşmək təşəbbüsünün müzakirə edildiyi bildirilirir. Görüşlər Antalya və İstanbulda baş tutub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »