MARAQLI: Novruz şirniyyatları-kosmik simvollardı

0

Novruz sistemini insanlar Günəş, Ay və qismən də ulduzların hərəkətinə istinadən yaradıblar.Zaman hesablanmasını insanlar Günəş və Ayın gərdişi üzərindəqurmuşlar. Günəş martın 21-22-dən götürdüyü hərəkət xəttini 365 gündən sonra tamamlayır və ilkin durduğu nöqtəyə qayıdır. Qədim və orta əsr insanı vaxtın hesablanmasında Ayın hərəkətinə də əsaslanmışdır. Çox doğru yerə, insanlar ayın yarımdairə halında(hilal) görünməsini yeni ayın başlanğıcı kimi qəbul etmişlər. Ayın hərəkəti əsasında qəməri (Ay) təqvim yaradılmışdır. İnsanlar ulduzların hərəkətinə də əsaslanıb, vaxt, zaman bölgüsünü hesablayıblar. Ulduzların səmanın cənubunda ardıcıl,müntəzəm şəkildə görünməsini müşahidə etmiş qədim və orta əsr insanı bu parametrdə də səhv etməmişdir. Novruz İnsana həyat verən 4 ünsürün – suyun, odun, havanın, torpağın isinməsi, istəyi ilə bağlı yaranmışdır. Novruz bayramı bişirilən şirniyyatların hazırlanması zamanı ibtidai insanların astral təsəvvürləri nəzərə alınmışdır. Bunu bayram şirnilərinin formal əlamətləri də təsdiqləyir. Bu formal əlamətlər içərisində günəş və ay kultunun üstünlüyü özünü açıq şəkildə göstərir.

1) Qoğal – Günəşin simvoludur. Qoğal günəşin və istiliyin simvolu kimi süfrəyə gətirilir.Od elementidir.

2) Şəkərbura – Ayın simvoludur. Şəkərburanın da kənarındakı və üzərindəki naxışlarının da ayın şüalarını xatırlatdığı qeyd olunur. Hava simvoludur.

3) Paxlava – alovun rəmzi sayılır. Paxlava isə ortasına qoyulmuş fındıqla yaranışın mifik mənasını özündə əks etdirir. Torpaq elementidir. Çünki yaranış ilk olaraq torpaqdan başlamışdır. Eyni zamanda Paxlavanın romb forması mənasına görə inkişafla doğuşla bağlıdır,daha dəqiq şirin, yumşaq, həyatverən Qadın Başlanğıcıyla, Analıqla bağlıdır. Paxlavanın ortasına qoyulan badam, qoz, fındıq isə bu oxşarlığı daha da biruzə verir. Digər tərəfdən paxlava oyanmanı, sərt qış yuxusundan yaşamağa açılan gözü ifadə edir.

4) Şəkərçörəyi– isə Su elementidir. Çünki formasına və tərkibinə görə torpaq üzərində gölü xatrladır. İçməli su mənbəyi kimi göl qəbul edilir.

Zaur Əliyev   Dosent

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »