“Siyəzən Broyler”də yenidən yandı. Nə baş verir?

“Siyəzən Broyler”də yenidən yanğın olub.

İctimairey.az –a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Siyəzən rayonunun Siyəzən kəndində, “Siyəzən Broyler” ASC-nin ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, martın 13-də də “Siyəzən Broyler” ASC-nin ərazisində yanğın olmuşdu. Məlumata görə, ASC-nin ərazisində ümumi sahəsi 1096 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 548 m² sahədə, içərisində elektrik naqilləri 820 p.m, 12 ədəd mühərrik və havalandırma qurğusu, 1070 ədəd plastik su və yem qabı yanmışdı.

 

 

Comments are closed.

Tərcümə »