Almaniyada qalmaqal! Başqa qaçqınları göndərir, ukraynalıları qəbul edirlər-FOTO

0

Milyonlarla insan Rusiya-Ukrayna müharibəsi səbəbilə ölkələrini tərk edərkən, başda Avropa ölkələri olmaqla bir çox məntəqələrə dağılıblar. Bütün ölkələrin qapılarını ukraynalıların üzünə açdığı bir vaxtda sığınacaqlara yer açmaq üçün, Almaniyaya sığınana Suriya, Əfqanıstan və Afrikadan olan qaçqınların çıxarıldığı məlum olub.Исследование РБК: сколько Россия тратит на украинских беженцев — РБК

Rusiyanın hücumlarının başlaması ilə bütün ölkələr qapılarını açarkən milyonlarla ukraynalı öz ölkələrini tərk etməli olub. Ölkələrini tərk edən ukraynalıların sayı artdığından, Almaniyanın bu qaçqınlara yer açmaq üçün qalmaqallı bir təcrübə həyata keçirdiyi öyrənildi. Əldə edilən məlumata görə, Almaniya sığınacaqlarında yaşayan suriyalı, əfqanlı və afrikalı ailələri çıxarmağa başlayıb. “Haimət” adlı sığınacaqlardan çıxarılanlar sürgün edilir və ya onlarla insanın balaca otaqlarda qalacağı yeni yerlərə göndərilir… Qalmaqallı xəbərin bütün təfərrüatları budur.

Rusiyanın işğalından sonra, ukraynalıların əhəmiyyətli hissəsi Avropa Birliyi ölkələrinə sığınmağa üstünlük verib. Bu ölkələr də qapılarını ukraynalıların üzünə açıblar. Lakin bu vəziyyət artıq Avropada qaçqın olan Yaxın Şərq, Afrika və Əfqan qaçqınlarını dalana dirəyib.

Xəbərlərə görə, Almaniya Suriyalı, Əfqanlı və Afrikalı ailələri müvəqqəti sığınacaqlardan çıxarmağa başlayıb. Danimarka isə, ukraynalı qaçqınlara yer açmaq üçün “Suriya artıq təhlükəsizdir” deyərək yüzlərlə suriyalı qaçqının yaşayış icazəsini geri götürüb.Поток беженцев в Германии с начала года сократился. Капитал

ONLAR HEÇ XƏBƏRDARLIQ EDİLMƏYİR

Suriyalı fəallar təsdiqləyiblər ki, onların səlahiyyətliləri Suriyalı ailələri Almaniyadakı “Haimat” adlı müvəqqəti sığınacaqlardan çıxararaq, əvvəlcədən xəbərdarlıq etmədən deportasiya ediblər. Köçürülən qaçqınlar zorla deportasiya olunduqları yeni bölgədə şəraitin çox pis olduğunu və onlarla insanın kiçik otaqlarda qaldığını bildiriblər. Fəallar bu qərarın təkcə suriyalı ailələri deyil, həm də əfqan və Afrikalı ailələri əhatə etdiyini vurğulayıblar. Almaniya dünyanın müxtəlif yerlərindən gələn iki milyona yaxın qaçqına ev sahibliyi edir ki, onların da 780 mini suriyalıdır.

DANIMARKADA QAÇQINLARA AYRISEÇKİLİK

Qaçqınlara qarşı ayrı-seçkilik dalğası Danimarkada da özünü göstərib. Rusiyanın Ukraynaya müharibə elan etməsindən az sonra, Danimarka İmmiqrasiya Xidməti ölkədəki 98 bələdiyyədən ukraynalı qaçqınları qəbul etməyi tələb edib. Ukraynalılara yer açmaq üçün hökumət rəsmiləri Suriyanın bəzi hissələrinin təhlükəsiz olduğunu əsas gətirərək, yüzlərlə suriyalı qaçqının yaşayış icazələrini geri almağa başlayıb.

Ukraynalı qaçqınlara qarşı açıq qapı siyasəti tətbiq edən Danimarka hökuməti yaşamaq icazəsi ləğv edilən yüzlərlə suriyalı qaçqını cinayətkarlar kimi həbsxanalarda saxlayır. Eyni zamanda, Danimarka Əsəd qüvvələri tərəfindən öldürülmə və ya həbs olunma riski olan qaçqınlara sığınacaq verməyən ilk Avropa ölkəsidir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »