MEDİYA: Bosch Rusiyadakı fabriklərində istehsalı dayandırır -FOTO

0

Mətbuatın yazdığına görə, illərdir sanksiyalardan yayınan və Rusiya Federasiyasında hərbi texnika istehsalı üçün hissələri tədarük edən Almaniyanın “Bosch” şirkəti Rusiya zavodlarında işini dayandırır.

Alman nəhəngi, tədarük və çatdırılma problemləri səbəbindən  Rusiyadan çəkilməli ola biləcəyini bildirib.

Bu gediş Ukraynanın “Rusiya piyada maşınları üçün, əsas komponentlərdən biri Bosch-dan gəlir” bəyanatları fonunda baş veribBosch останавливает поставки автомобильных комплектующих в Россию: Новости  — Motor

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba daha əvvəl demişdi ki, Bosch bu komponentləri “illərdir” Rusiya ordusuna tədarük edir.

Hazırda Almaniyada Bosch-un bununla da Aİ-nin Moskvaya qarşı sanksiyalarını pozub pozmadığını öyrənmək üçün araşdırma aparılır.

Şirkət öz araşdırmasına başladığını və iddiaları “çox ciddi” qəbul etdiyini bildirib.

Ukraynadakı müharibə ilə əlaqədar Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalara görə artıq 300-dən çox şirkət Rusiya bazarını tərk edib.

Əsas təchizatla bağlı problemlərə görə, bəzi Rusiya fabrikləri artıq istehsalda məcburi “tətillər” elan ediblər.

Analitiklər Rusiya iqtisadiyyatının aprel ayında defolt olacağını proqnozlaşdırırlar.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »