Neftçala rayonunda Novruz bayramı qeyd olunub – FOTO

0

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi qədim tarixi keçmişə malik Novruz bayramı geniş qeyd olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı ilk öncə məktəblilərin Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və adət- ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçirib.

Bayram tədbirində Odlar Yurdu Azərbaycanımızda bu bayramı böyük coşqu ilə qarşılaması, xalqımızın Novruzun gəlişinə bir ay qaldıqda bu bayramı çox təntənəli şəkildə qeyd etməsi və bayram adət-ənənələrimiz haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.

Bayram tədbiri Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evinin, Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladığı kompozisiyalar ilə davam edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »