Bakıda İran vətəndaşı qəza törətdi: 3 nəfər öldü

0

Bakıda İran vətəndaşı qəza törədib, 3 nəfər ölüb.

Report xəbər verir ki, hadisə martın 15-də paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Eynulla Xeyrulla oğlu Əliyevin idarə etdiyi QAZ A65R32-80 mikroavtobus markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri – 2001-ci il təvəllüdlü Babaşah Ağaşah oğlu Qəribov, 1984-cü il təvəllüdlü Qayıb Nizami oğlu Zeynalov və 1987-ci il təvəllüdlü Məhəmməd Zakir oğlu Qaraşov hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat şöbəsində istintaq aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »