XİN Ukraynada yaşayan azərbaycanlılara müraciət etdi

0

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir.

İctimairey.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti məlumat yayıb.

“Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür. Eyni zamanda, vətəndaşlarımıza Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləmələri tövsiyə edilir. Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycanın Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək”, – deyə açıqlamada vurğulanıb.

 

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »