SON XƏBƏR: Rusiyadan sonra daha bir ölkə LPR və DXR-i tanımağa hazırdır

0

Suriya prezidenti Bəşər Əsəd Rusiyadan sonra, Luqansk və Donetsk Xalq Respublikalarının müstəqilliyini tanımağa hazır olduğunu bildirib.

İctimairey.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Suriya Ərəb Respublikası parlamenti ilə əlaqələr üzrə qrupunun koordinatoru, Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Dmitri Sablin məlumat verib.

O bildirib ki, Suriya dövlətinin başçısı ilə artıq müvafiq məsələni müzakirə edib. Onun sözlərinə görə, Bəşər Əsəd DXR və LXR-nin müstəqilliyinin tanınması qərarında Rusiyaya dəstək vermək niyyətindədir.

“Əminəm ki, Rusiyadan sonra DXR və LPR müttəfiqlər və dostlar tərəfindən tanınacaq. Suriya prezidenti Bəşər Əsədlə Donbassdakı vəziyyətlə bağlı danışdım. O bildirib ki, Suriya Cənubi Osetiya və Abxaziyanı tanıdığı kimi onları da tanımağa hazır olacaq”, – Sablin bildirib.

Bundan əlavə, Suriya lideri Rusiyanın digər müttəfiqləri və tərəfdaşlarının da bu qərarı dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, artıq Venesuela, Nikaraqua və Kubanın hakimiyyət orqanları DXR və LXR-nin müstəqilliyini tanımaq niyyətində olduqlarını bəyan ediblər.

Cənubi Osetiya prezidenti Anatoli Bibilov Rusiyanın Donbass respublikalarını tanımaq qərarını tam dəstəklədiyini bildirib. Onun fikrincə, bu, “qardaş qırğını dəliliyini dayandırmağın açarı” olacaq.

Abxaziyanın rəhbəri Aslan Bjaniya da Rusiya prezidenti Vladimir Putinin LPR və DXR məsələsi ilə bağlı qərarı ilə razılaşıb.

 

 

 64 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »