ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib

0

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhərlərinin merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıblar.

İctimairey.az xəbər verir ki, Azərtaca-a Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, Mitç Kolvin, Eleyn M. O’Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə Apeks, Darem, Fayetvill şəhərlərində, eyni zamanda, dünyada yaşayan Azərbaycan icması tərəfindən hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin dərin hüzn, kədər hissi ilə yad edildiyi qeyd olunub.

Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının töhfə verdiyinə diqqət cəlb edilib.

Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul olunub.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »