“Vəziyyət, həqiqətən çox gərgindir. Atışmalar daha da intensivləşir”.
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə sərhəddəki vəziyyətə münasibət bildirərkən deyib.
Peskov Ukraynanın cənub-şərqindəki gərginliyin azalmasına dair heç bir əlamət görmədiklərini söyləyib.
O, həmçinin qeyd edib ki, bu gün Vladimir Putin vəziyyətin gərgin olması ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək: “Söhbət Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasından deyil, böyük iclasdan gedir”.
Peskovun sözlərinə görə, iclasda dövlət başçısı çıxış edəcək, həmçinin digər tədbir iştirakçılarının hesabatları təqdim olunacaq.