Son dəqiqə: İngiltərə kraliçası Elizabet Covid-19-a tutuldu

0

Bukingem Sarayı Kraliça II Elizabetin Covid-19-a yoluxduğunu açıqladı.

“Kraliçanın Covid-19 sınağı bu gün müsbət olub. Əlahəzrət yüngül soyuqdəymə və oxşar simptomlar yaşayır, lakin gələn həftə Vindzorda vəzifəsinə davam edəcəyi gözlənilir”, – Sarayın açıqlamasında deyilir.

“O, tibbi yardım almağa davam edəcək və bütün müvafiq təlimatlara əməl edəcək”, – məlumatda deyilir.

İctimairey.az xəbər verir ki, sarayın açıqlamasında kraliçanın peyvəndlərinin tamamlandığını bildirib.

Taxtın varisi olan 73 yaşlı şahzadə Çarlz da bu ayın əvvəlində ikinci dəfə koronavirus diaqnozu qoyulub. Saray mənbəsi Çarlzın bir neçə gün əvvəl kraliça ilə görüşdüyünü bildirib.

Dünyanın ən yaşlı və ən uzun müddət padşahlıq edən monarxı olan kraliçanın səhhəti ötən ilin oktyabrında xəstəxanaya yerləşdirildiyi və həkimləri tərəfindən dincəlməyi tövsiyə edildiyi gündən gündəmdədir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »