SON DƏQİQƏ: Rusiya regionda Donbass sakinlərinə görə fövqəladə vəziyyət elan etdi

0

Rostov vilayətinə özünü elan etmiş Donetsk Xalq Respublikasının (DXR) çoxlu sayda sakini gəldiyinə görə, fövqəladə rejim elan edilib.

İctimairey.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bölgələrin hakimiyyət orqanları fevralın 19-u saat 10:00-dan etibarən fövqəladə vəziyyət elan etmək niyyətindədir. Buna səbəb Donbassdan çoxlu sayda qaçqın axınıdır.

Bundan əvvəl DXR rəhbəri Denis Puşilin respublika əhalisinin təxliyə edildiyini açıqlamışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü bu gün bildirib ki, Ukraynaya qarşı “başqasının bayrağıaltında” əməliyyatına başlamaq üçün, bəhanə kimi Donbassda evakuasiya və partlayışlar barədə xəbərləri nəzərdən keçirir.

 

 

 56 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »