“Zəfərin fatehləri” adlı layihəyə start verilib
“Yurd” Gənlərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə gənclər arasında vətənpərvərliyin təbliği məqsədilə “Zəfərin fatehləri” adlı layihə həyata keçirilir.
LAYİHƏ HAQQINDA:
Təşkilatın sədri və layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihə çərçivəsində Quba rayonunda gənclərin iştirakı ilə Vətən müharibəsinə həsr olunmuş intellektual oyunlar, gənclər arasında hərb sənətinə marağın artırılması məqsədilə tir atıcılığı üzrə yarışlar, eləcə də Vətən müharibəsinin qəhrəmanlarının təbliği və tanıdılması istiqamətində gənclərin iştirakı ilə qazilərlə görüşlər təşkil olunacaq, Vətən müharibəsində şəhid olan 50 nəfər qubalı şəhid qəhrəman haqqında kitablar nəşr olunacaqdır.
Fevralın 1-dən may ayının 1-dək davam edəcək layihəyə 300 nəfər gəncin cəlb edilməsi planlaşdırılmışdır.