Donetsk’də sakinlərin təxliyəsi başlayıb

0

Donetsk’də sakinlərin təxliyəsi Donbassda vəziyyətin gərginləşməsi fonunda başlayıb.

İctimairey.az mediyaya istinadən xəbər verir ki, hazırda uşaq evlərinin uşaqları Donetski tərk etməyə hazırlaşır. Özünü elan etmiş Donetsk Xalq Respublikasının hakimiyyəti rəsmi mənbələrdə sakinlərin təxliyə üçün, toplanma vaxtı və yeri barədə məlumat dərc edib. Şəhərin bütün rayonlarında sakinlərin avtobus gözləyəcəkləri məntəqələr müəyyən edilib.

Bir müddət əvvəl özünü elan edən DNR-nin rəhbəri Denis Puşilin bölgə sakinlərinin Rusiya Federasiyasına kütləvi şəkildə mərkəzləşdirilmiş təxliyəsi barədə məlumat vermişdi. İlk növbədə qadınlar, uşaqlar və qocalar çıxarılacaq.

Donetsk

Rusiya ilə razılığa əsasən, təxliyə edilənlər Rostov vilayətində yerləşdiriləcək. Onlar lazım olan hər şeylə təmin olunacaqlar. Puşilinin dediyi kimi, Ukrayna bütün təmas xətti boyunca hərbi personalını və məxfi silahlarını cəmləşdirir və Ukrayna tərəfdən Donbasın zorla ələ keçirilməsi üçün hər şey hazırdır.

DXR rəhbərinin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski tezliklə hərbçilərə hücuma keçməyi əmr edəcək. Özünü elan etmiş Luqansk Xalq Respublikasının (LXR) hakimiyyəti də sakinlərin kütləvi şəkildə təxliyə edildiyini açıqlayıb.

Qeyd edək ki, cümə axşamı, fevralın 17-dən Donbassda vəziyyət gərginləşib. Bir tərəfdən Ukrayna, digər tərəfdən LPR və DXR bir-birini atəşkəsi dəfələrlə pozmaqda və yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »