Belarus öz ərazisində “İsgəndər” operativ-taktiki raket komplekslərinin inkişafı üçün təlim mərkəzi yaratmaq məqsədilə Rusiyaya müraciət edəcək.
Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu gün Rusiyanın “İsgəndər”lərinə baxdım. Yaxşı silahlardır. Bizə onun inkişaf etdirilməsi lazımdır. Bu silahı Rusiyadan alacağıq”, – Lukaşenko bildirib.
Bu silahin üsdtünlükləri
Düşmən qoşunlarının operativ dərinliyində hərbi hissələrini ənənəvi döyüş sursatı ilə məhv etmək üçün nəzərdə tutulub. Taktiki nüvə silahının çatdırılması vasitəsi ola bilər.
Əsas hədəfləri:
- Atəş sistemlərinin məhvi (reaktiv yaylım atəş sistemləri, uzaqvuran artilleriyası, raket kompleksləri)
- Raketdən və hava hücumundan müdafiə vasitələri
- Komanda məntəqələri və rabitə qovşaqları
- Mülki infrastrukturun vacib obyektləri