Beynəlxalq əlaqələr üzrə ən yaxşı ekspertlərindən biri olan Prof. Dr. Həsən Koni dünyanın narahatlıqla izlədiyi Rusiya-Ukrayna-ABŞ böhranını SÖZCÜ-yə açıqlayıb.
İctimairey.az bu maraqlı, bir çox məsələlərə aydınlıq gətirən müsahibəni oxuculara təqdim edir.
Həsən Köni “Rusiya Ukraynaya hücum etsə nə olacaq” sualına aydın cavab verib: Amerika cavab verə bilməsə, Bayden Amerikada uduzacaq. Cavab versə, III Dünya Müharibəsi başlayacaq. Bu zaman Türkiyə atəş halqasının içində olan ölkəyə çevrilir.
Rusiya ilə Ukrayna arasında gərginliyin getdikcə artması xüsusilə ABŞ və Aİ ölkələri və təbii ki, Türkiyə tərəfindən narahatlıqla izlənilir. Rusiyanın müharibəyə başlamayacağını bəyan etməsinə baxmayaraq, ABŞ-ın “Rusiya çərşənbə günü hücuma keçəcək, səfirlər Ukraynadan qaçır” xəbəri və şənbə günü ABŞ prezidenti Baydenlə Rusiya prezidenti Putin arasında telefon danışıqları narahatlığı daha da artırıb. Türkiyə NATO ölkəsi olaraq, Ukraynanın yanında olacaqmı, bunun nəticələri nə olacaq, belə bir müharibə bölgəyə və bütün dünyaya təsir edəcək nəticələrə səbəb olacaqmı, görəsən hadisə göründüyündən çox fərqli ola bilərmi və daha bir çox sual tam başa düşülməyib.
– Cənab Köni, əvvəlcə qısaca izah edə bilərsinizmi ki, bu Rusiya-Ukrayna münaqişəsi haradan qaynaqlanıb?
Bu hadisələr çoxdan əvvələ təsadüf edir. 1990-cı illərdə Qorbaçov və Reyqan Almaniyanın birləşməsi barədə razılığa gəlsələr də, Rusiyanın da Şərqi Almaniyada olmaq hüququ var idi. Almaniya ruslara maliyyə yardımı edəcək, vəd də verir ki, Amerika və NATO Rusiyaya genişlənməyəcək. Bu əraziyə Baltikyanı ölkələr, Belarusiya və Ukrayna daxildir. Bura Rusiyanın Slavyan və Pravoslav bölgəsidir. Şərqi Avropa ölkələrindən rəy soruşurlar, Marqaret Tetçerdən də soruşurlar, o deyir ki, “NATO-nu böyütməyin, Şərqi Almaniya olduğu yerdə qalsın” amma ABŞ qəbul etmir və iki Almaniya birləşir. Bundan sonra, müxtəlif razılaşmalar olur; Şərqi Avropadan qısa mənzilli nüvə silahlarının çıxarılması kimi. Bu da həyata keçirilir. Bu razılaşmalarla Avropa və Amerika rahatlaşır, lakin Amerika vədlərinə baxmayaraq, genişlənməkdə davam edir. Bunlara NATO-ya Baltikyanı ölkələr daxildir. Yeltsin sözünü deyə bilmir, Klintonun prezidentliyi və onunla çox yaxın münasibətləri olduğundan. Genişlənmə davam edir və sonrakı illərdə Klinton bu genişlənməni dayandıra bilməzdi, çünki NATO və Pentaqon bu genişlənməni istəyirdi.
– Başqa sözlə, hadisə ABŞ və NATO-nun genişlənmək istəyi ilə başlayır.
Bəli, Rusiya genişlənmək istəmir, çünki genişləndiyi yerə baxmağa pulu yoxdur.
– Madam ki, bunu özü edir, ABŞ niyə indi belə narahatdır və Putinlə görüşür?
Belə bir vəziyyət var, Tramp gələndən sonra, “Mən Avropanı qorumaya bilərəm, siz öz müdafiə xərclərinizi 2 faiz artırırsınız” dedi və Avropa “Rusiyanın hücumuna qarşı” öz müdafiə təşkilatlarını yaratmağa başladı. Bayden gələndə -“ABŞ qayıtdı” -dedi, amma Avropa artıq Rusiyadan qorxmur, niyə? Çünki, qazı Rusiyadan alır. Almaniyaya Şimal Qaz Axını var, Qara dənizdən, Ukraynadan keçən Türk axını var, Rusiya Avropanı qidalandırır, o daha kommunist deyil. Bir təhdid olmalıdır. Bu təhdiddən də Rusiya qorxduğu üçün, Krımı ələ keçirtdi və bununla da Ukraynada daxili münaqişələr başladı. Ukrayna Aİ-yə daxil olmaq istəyərkən, Aİ “Ukraynanın borclarını ödəyə bilmərəm” dedi. Bundan sonra, Ukrayna Rusiyaya qayıdandan sonra, münaqişələr başladı. Ukraynanı NATO-ya daxil etməyə çalışırlar, Rusiya deyir ki, “Ukraynanı NATO-ya qəbul edirsənsə, Polşada, Rumıniyada, Bolqarıstanda nüvə silahı yerləşdirirsənsə, Rusiyaya çox yaxın olduğu üçün, mən bunu qəbul edə bilmərəm”. ABŞ da buraya gəlmək istəyir. Rusiya ora gedib, onu yedizdirə bilməz, bunu ABŞ da bilir.
– Ancaq məlum deyilmi ki, “NATO-nun yaradılmasında məqsəd Rusiyanın Avropaya genişlənməsinin qarşısını almaqdır”?
Belə bir görüntü verir. Rusiyanın 2021-ci ilə dair strateji təhlili var, “biz xalqın rifahını təmin etməyə çalışacağıq” deyir, orada genişlənmə yoxdur. Hər halda, Rusiyanın elə bir imperialist gücü yoxdur ki, neft-qaz, aradabir silah satsın. Yəni ora gedib qidalana bilməzlər, bunu ABŞ bilir. ABŞ-da Senatın 1/3 hissəsi noyabrda yenilənəcək. Bayden qalib gəlmək istəyir. Hər seçki olanda ölkələr xalqı bayraq altına toplamaq üçün, müharibəyə başlayırlar. Tetçer də bunu etmişdi və Malinas adalarına qədər getdi, iki kiçik ada üçün gəmiləri batırdı. Amerika Avropanın Rusiya qazından qopacağından qorxduğundan, ondan asılı olmasını istəmir. Ona görə də Rusiya həm “mən müdaxilə etməyəcəyəm” deyir, həm də “Rusiya təhlükəsi var” deyir.
ABŞ 2 min-3 min əsgərlə vəziyyəti necə xilas edəcək?
– Bayden-Putin görüşündən heç bir nəticə olmadı, “İnsanlar Kiyevdən qaçır” xəbərləri var. Digər tərəfdən, bayaq bizim çıxışımızda “Mən zəmanət verirəm ki, Rusiya hücum etməyəcək” dediniz. Nə olacağını proqnozlaşdırırsınız?
Rusiya Əfqanıstana daxil olanda, Qərb dövlətləri partizan hərəkatları ilə ona böyük itkilər verdi və iqtisadi iflasa uğratdı. İndi iqtisadiyyat yaxşı olsa, belə bir əraziyə girib Amerikaya dəysə, çox pis vəziyyətlər yaranacaq. Bildiyiniz kimi, Amerika NATO qüvvələrinə məlumat vermədən birdən-birə Əfqanıstandan çıxdı. Bu biabırçılıqdır! Rusiya burada hücum edib cavab verməsə, daha böyük biabırçılıq baş verəcək. Cavab versə, dünya müharibəsi başlayacaq, belə bir vəziyyət var.
– Deməli, dünya müharibəsi ola bilər deyirsən!
Təbii ki, Əfqanıstanda xoruzlanırdılar, amma Rusiya girəndə heç nə etmədilər, Gürcüstanda da xoruzlandlar, Zurabişvilini dəstəklədilər, sonra Rusiya gələndə yerindən tərpənmədilər. Üçüncü dəfə də belə edəcəksə, deməli, hay-küy salırlar. Ora 2000 əsgər göndərib, qarşı tərəfdə isə, 150 min əsgər var, nüvə raketləri var. Arxada Belarus ordusudur. “Böyük təhlükə var və mən qəhrəmancasına müqavimət göstərirəm? Tramp Rusiyanın adamı idi, biz Amerika xalqının yanındayıq” modeli. Bu nümunədir!
– Amerika da müharibə istədiyinə görə “Putin hər an hücum edə bilər” xəbəri doğru olacaqmı?
ABŞ təbii ki, edir, amma Rusiya Avropa ilə pis olmaq istəmir, qaz satır, neft satır, Avropadan faydalanmaq, Avropanın yanında olmaq istəyir.
Rusiya və Amerika yeni nüvə sazişində birləşəcək
– Rusiya ABŞ-ın bu çıxışlarını qəbul edib otura bilərmi?
Xeyr, onlar bu nöqtədə birləşəcəklər. Avropanı qorumaq üçün yeni nüvə sazişi bağlanacaq. Tramp orta mənzilli nüvə sazişindən çıxıb, əgər bu razılaşma nəhayət həyata keçirilərsə; Əgər iki tərəf nüvə silahını bir-birinə yaxın yerləşdirməsə, Avropaya qarşı nüvə silahı ölçüsü olmayacağına dair razılığa gəlsələr, qələbə ilə çıxacaqlar və öz ictimaiyyətinə deyəcəklər: “Bax, Mən Avropanı qorudum, NATO Avropanı qorudu, o bizim tərəfimizdədir”. Sonra “Rus qazına icazə verirəm” deyəcək, bu da rusları qane edəcək, ona görə də güzəştə gedəcəklər.
– Bunlar bizim əsəblərimizlə oynayır. “The Wall Street Journal” yazır ki, “Ukrayna türk PUA-ları və SİHA-larından istifadə etməklə Rusiyaya qarşı güclü ola bilər” və s.
Bravo, axmaqlıq. Onlar bunu Amerika ictimai rəyini şişirtmək və Avropa ictimai rəyini öz tərəfində saxlamaq üçün edirlər. Ukrayna prezidenti Zelenski Vaşinqtonda çıxış edib. O deyir: “Rusiyanın bizə hücum edəcəyini gözləmirəm” . Amerikalılar bir neçə bomba partlatmaqla, cavab veririk deyə bilərlər və Rusiya hücum etmiş kimi görünər.
– Necə ki, Türkiyəni Suriya müharibəsinə soxdular.
Düzdü, onların məhz o rolları var. Çünki Amerika xüsusi təyinatlıları Ukraynanın daxilindədir. Məhz ona görədir ki, onlar Rusiyanın oraya qoşun yerləşdirəcəyindən, Ukraynanın Amerika və Britaniya silahları ilə onların ərazisinə hücum edəcəyindən ehtiyat edirlər. Bütün Rusiya sənədlərində belə deyilir. Bir şey də var, Çinin gözü Tayvandadır, müharibə başlayan kimi, Amerika Rusiya ilə məşğul olan kimi, Tayvanı alacaq. Rusiya hücum etsə və ABŞ cavab versə, dünya müharibəsi başlayacaq.
– NATO-ya üzv ölkələrin liderləri Rusiya ilə Ukrayna, ABŞ, Avropa ölkələri, Kanada, hamı iştirak edən, Türkiyə və Ərdoğanın dəvət olunmadığı fövqəladə toplantı keçirdi. Əhməd Davudoğlu, ” Bədəlini ən çox ödəyəcəyimiz toplantıya dəvət edilmədik” dedi. Sizcə niyə dəvət edilmədik?
Onlar yaxşı bilirlər ki, Türkiyə həm Rusiya ilə pis davranmadan, həm də NATO daxilində qalmaqla hərəkət etməyə çalışcaq. Onlar əmindirlər ki, istənilən halda, Türkiyə NATO-nun dediyini edəcək. Burda isə Türkiyənin itkisi böyükdür, müharibə başlasa, Rusiyada yüzlərlə türk şirkəti var, Rusiyadan gələn turistlərin turizmə töhfəsi çox önəmlidir və Şimal Türk axını var, Qara dənizdən Avropaya keçir. Ruslar buna görə Türkiyəyə pul ödəyir. Rusiya da onu kəsəcək. Biz Rusiya təbii qazı ilə yaşayırıq, İranın yox. Biz onsuz da enerji baxımından çətin vəziyyətdəyik və belə bir vəziyyət var. Belə bir hadisə baş verərsə, Türkiyənin böyük itkiləri olacaq. NATO nə edirsə etsin, PKK-ya dəstək versə belə, Türkiyə onların yanındadır. Ona görə də, Türkiyənin tarazlıqda qalacağını proqnozlaşdırır və çağırmır, amma müharibə başlasa, Türkiyənin itkiləri böyük olacaq. Ola bilsin ki, Putin Baydenlə görüşündə müharibə olmayacağını deyib, o, “hücum etmirik” deyib, Lavrov da daha əvvəl demişdi. Bunlar yalan danışacaq ölkə deyil. Rusiyanın Əfqanıstandan təcrübəsi var, iqtisadiyyatı yetərli deyil.
– Müharibə başlasa, Türkiyə ilə konkret nə olacaq?
Ola bilsin ki, müharibə başda Ermənistan və Suriya kartı bir çox müxtəlif cəbhələrə yayılsın. Rusiya ilə Ukrayna arasındakı müharibədə Yunanıstan Egey və Kipr üçün hərəkətə keçə bilər. Cənubda Suriya məsələsi, Şərqdə Ermənistan-Azərbaycan, Egeydə Yunanıstan, Şimalda Ukrayna-Rusiya böhranı ilə Türkiyə atəş çevrəsinin içidə qalan ölkə olacaq. Qara dənizin ən böyük sahili olan ölkə Türkiyədir, Rusiya donanması da oradadır. Biz NATO ilə Rusiya arasında qalacağıq. Qara dənizdə hadisə baş verən kimi güneyimizdə tufanlar qopacaq və YPG-PKK bu vəziyyətdən istifadə edəcək. Türkiyənin Rusiya ilə qarşıdurması Qafqazda və Yaxın Şərqdə yeni qaynar münaqişə deməkdir. Biz toxuculuq, turizm, kənd təsərrüfatı və enerji sahələrində son pillələri vururuq.
– Bəs Rusiya hücum etməyəcəyini desə də, çərşənbə günü qəfil hücum edərsə?
Böyük fəlakət o zaman baş verəcək. Hücum etdi, amma Amerika cavab verə bilmədi, Bayden Amerikada uduzdu. Cavab verdisə, III Dünya Müharibəsi başlayır. Amerika Rusiyadan qorxmur, onun əsas narahatçılığı Çindir.
– Amerika PYD-nin Suriyada dövlət qurmasına kömək etmək üçün, birdən-birə İŞİD-i üzə çıxardığı kimi, indi bütün dünyanı aldadır.
Bizim şimal xəttindən keçən Yol və Kəmər Çin Layihəsi var, Türkiyədən gəlir, xəttdə Ukraynadan gəlir, Polşadan, Rumıniya başqa bir xəttlə Avropaya gedir. Belə bir münaqişə yarananda ABŞ o layihəni də bloklayacaq. Beləliklə, bir daşla iki quş öldürəcək.
– Demək, həm Rusiyaya qalib gəlmiş kimi öyünəcək, həm də Çinin iqtisadiyyatına mane olacaq.
Bəli, çox ağıllı oynayırlar, onların tərəfində çox yaxşı təlim keçmiş məsləhətçiləri var. Əslində onlar Rusiyadan deyil, istehsalçı Çindən qorxurlar.