Moskvanın Xoroşovski şossesində yerləşən mənzildə başından güllə yarası alan 76 yaşlı istefada olan polis general-mayorunun meyiti tapılıb.
İctimairey.az xəbər verir ki, mediya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Generalın meyitini həmin vaxt mənzildə olan həyat yoldaşı tapıb. Səhər tezdən o, qonşu otaqda atəş səsinə oyanıb. Qadın dərhal otağa qaçıb, lakin general artıq ölübmüş.
Zəngə gələn polis əməkdaşları mənzildə dava-dalaş izi görməyiblər. Generalın cəsədinin yanında nominal mükafat tapançası tapılıb
Qeyd olunur ki, general bundan əvvəl Rusiya Daxili İşlər Məhkəmə-tibb mərkəzinin rəhbərinin birinci müavini vəzifəsində çalışırmış.
General-mayorun ölümü ilə bağlı araşdırma aparılır.