“Darmadağın olacaq”: Keçmiş zabit ABŞ və Rusiya arasında müharibənin nəticəsini proqnozlaşdırıb

0

ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Scott Ritterin sözlərinə görə, ABŞ ordusu Ukrayna tərəfində Rusiyaya qarşı çıxsa, bu, onun üçün intihar olacaq. Onun fikrincə, Amerika qoşunları ruslarla döyüşmək üçün, kifayət qədər təşkil olunmayıb və zəif təlim keçib. Ritter deyib ki, amerikalılar, sadəcə olaraq, mümkün münaqişə vəziyyətində onları nə gözlədiyini bilmirlər.

Ritter açıqlayıb ki, Amerika qüvvələri uzunmüddətli hərbi kampaniyanı davam etdirmək üçün, kifayət qədər güclü deyil. Xüsusilə, keçmiş dəniz piyadalarının hesablamalarına görə, Rusiya artilleriya baxımından ABŞ-dan üstündür. Artilleriya atəşinə görə, ABŞ düşməni Rusiyaya yaxınlaşana qədər, qüvvələrinin çoxunu itirəcək. Rusiyanın daha çox tankı və digər quru döyüş maşınları var.

O əlavə edib ki, ABŞ indiyədək heç vaxt Rusiya kimi rəqiblə döyüşmək məcburiyyətində olmayıb, ona görə də lazımi təcrübəyə malik deyil. Ritterin xatırlatdığı kimi, Əfqanıstan və İraqda amerikalılar “aşağı səviyyəli münaqişə” aparırdılar və döyüşlərin getdiyi vəziyyətə nəzarət edirdilər. Bu, ABŞ-ı ona inandırıb ki, “hər bir amerikalının həyatı əvəzsizdir”, hər bir yaralı amerikalı əsgər evakuasiya olunacaq və qısa müddətdə ona tibbi yardım göstəriləcək.

“Lakin genişmiqyaslı birləşmiş hərb müharibəsi kontekstində bu, sırf uydurmadır. Xilasetmə üçün uçan tibbi evakuasiya vertolyotları olmayacaq – havaya qalxsalar belə, vurulacaqlar.

Səyyar təcili yardım maşınları da olmayacaq – hadisə yerinə gəlsələr belə, onlar tez məhv ediləcək. Sahə xəstəxanaları olmayacaq – hətta yaradılsalar belə, onları Rusiyanın mobil qüvvələri ələ keçirəcək”, – Ritter xəbərdarlıq edib.

Onun sözlərinə görə, Rusiya ilə müharibədə amerikalıları yalnız “ölüm və dağıntı” gözləyir. Ekspert əlavə edib ki, ABŞ ordusu rusiyalı həmkarları ilə mübarizə aparmaq üçün təşkil olunmayıb, təlim keçib və təchiz olunmayıb.

Bundan əlavə, keçmiş zabit qeyd edib ki, Amerika doktrinası genişmiqyaslı silahlı münaqişədə iştirak etməyə razılıq vermir.

Mütəxəssis öz sözlərinin təsdiqi kimi, 2017-ci ildə Amerika ordusu daxilində aparılan araşdırmanın nəticələrini göstərib. Bu, ABŞ ordusunun bərabərhüquqlu rəqibini məğlub edə bilməyəcəyini göstərir. ABŞ ordusu zəif təşkilatlanmış və kifayət qədər təchiz olunmamaqla yanaşı, peyk rabitəsindən hədsiz dərəcədə asılıdır və rusiyalı mütəxəssislər onu asanlıqla məhv edə bilər.

“Rusiyanın elektron müharibədə hədsiz üstünlüyü səbəbindən, yerdəki Amerika qüvvələri ətraflarında baş verənlərə kar, lal və kor olacaq, ünsiyyət qura, kəşfiyyat məlumatı ala və hətta fəaliyyət göstərə bilməyəcək”, – Ritter yekunlaşdırıb.

O qeyd edib ki, Rusiya ilə müharibədə ABŞ tam iflasa uğrayacaq.

“Bir vaxtlar Sovet ordusuna qarşı döyüşmək üçün təlim keçmiş biri kimi mən şahidlik edə bilərəm ki, Rusiya ilə müharibə ABŞ ordusunun indiyədək üzləşdiyi heç bir şeyə bənzəməyəcək. <…> Əgər Birləşmiş Ştatlar Rusiya ilə quru müharibəsinə cəlb edilsəydi <…>, onlar Amerika hərbi tarixində görünməmiş məğlubiyyətlə üzləşəcəkdilər. Bir sözlə, sıradan çıxacaqlar. <…> Bu intihardır.

Ritter Rusiya ilə ABŞ arasında toqquşmanın nəticəsini amerikalıların Ukraynanın tərəfini tutacağına əsaslanaraq qiymətləndirib. Ritterin izah etdiyi kimi, Ukrayna NATO-ya qəbul olunarsa, Kiyev Rusiyaya qarşı “hibrid münaqişə” başlatmağa cəsarət edəcək və Krımı qaytarmağa çalışacaq. Nəticədə Rusiya ilə Ukrayna arasında münaqişə yaranacaq və Ukraynanın alyansa üzvlüyü ABŞ-ı da öz içərisinə çəkəcək. NATO nizamnaməsinin kollektiv müdafiə ilə bağlı beşinci maddəsi Vaşinqtonu müdaxilə etməyə məcbur edəcək.

Bundan əvvəl London Kral Kollecinin professoru və ABŞ Dəniz Piyadaları Korpusunun veteranı Robert Li bildirib ki, Ukrayna ilə Rusiya arasında müharibə başlayacağı təqdirdə, Ukrayna qüvvələrinin əhəmiyyətli bir hissəsi bir saatdan az müddətdə məhv ediləcək.

“Onlar [ruslar] çox qısa müddət ərzində böyük ziyan vura bilərlər. Onlar şərqdə Ukrayna qoşunlarını çox tez, ilk 30-40 dəqiqə ərzində məhv edə bilərlər”, – ekspert bildirib.

Öz növbəsində ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, general Ben Hodges bildirib ki, indi Ukrayna Rusiyaya ciddi ziyan vurmaq iqtidarında deyil.

“Təəssüf ki, Ukrayna əsgərləri son illər böyük cəsarət, fədakarlıq və qətiyyət nümayiş etdirsələr də, manevr müharibəsinə hazırlaşmayıblar və hazır deyillər”, – general hesab edir.

O izah edib ki, Ukrayna ordusuna “müxtəlif istiqamətlərdən Rusiyanın zərbələrinə tez cavab verə bilən güclü artilleriya və yüksək mobil mexanikləşdirilmiş qüvvələr” lazımdır. Bununla belə, Kiyevin kifayət qədər qüvvəsi yoxdur. Eyni zamanda, “Kreml artıq hərəkətə keçməyə hazırdır”

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »