Azərbaycan Texnologiya Universitetində 4-cü kurs tələbəsi – TGT sədri mükafatlandırılıb

0

Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov “İlin TGT sədri” adını qazanan UTECA-nın Qida mühəndisliyi fakültəsinin istehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat Nağıyevi mükafatlandırıb.

İctimairey.az-a universitetdən verilən məlumata görə, mükafatlandırma zamanı rektor gələcəyin texnoloqunu “İlin TGT sədri” adını qazanması münasibətilə təbrik edib. Nicat Nağıyevə vəzifəsində və təhsilində yeni-yeni uğurlar arzu edən rektor Tələbə Gənclər Təşkilatının bundan sonrakı fəaliyyətinə dair məsləhət və tövsiyələrini verib.

Qeyd edək ki, Nicat 2 ilə yaxındır Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədridir. Bir neçə gün əvvəl Gənclər Fondunun dəstəyi ilə keçirilən, Azərbaycan Gəncləri Gününə həsr olunmuş “I strateji planlaşdırma forumu” çərçivəsində “İlin TGT sədri” adına layiq görülüb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »