Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edilib.

0

İctimairey.az bakudays.com-a istinadən bildirir ki, 03 fevral 2022-ci il Yasamal rayon məhkəməsinin qərarı ilə Ağstafa Aqrar Sənaye Kompleksinin Müşahidə Şurasının sədri Rəsul Orucov barəsində həbs seçilib.

Vergi Xidmətinin istintaqında şirkət rəhbəri vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunur.

Qeyd edək ki, Ağstafa Aqrar Sənaye Kompleksi MMC-nin təsisçisi Qaralov Raul Zakir oğludur. Rəsul Orucov eyni zamanda Ağstafa və ətraf rayonlarda keçmiş Baş prokurorun “təmsilçisi” kimi tanınırdı.

Rəsul Orucovun qardaşı Rasim Orucov isə məşhur “Oliqarxların məhkəmə işi”ndə verdiyi hayküylü ifadələrlə mətbuata tanışdır.

Mövzunu diqqətdə saxlayırıq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »