Avropa İttifaqı Azərbaycana 2 milyard avro məbləğində maliyyə paketi verəcək.
İctimairey.az xəbər verir ki, , bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Avropanın Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheli deyib.
Brüssel bu məbləği iqtisadi investisiya planının bir hissəsi kimi ayıracaq.
Varheli həmçinin Aİ-nin Azərbaycanda aparılan bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu açıqlayıb. Tərəflər regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.
Comments are closed.