Qızılağac Milli Parkının ərazisində elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb

0

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti əməliyyat tədbiri təşkil ediblər.

İctimairey.az DİN-in mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, tədbir zamanı Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan Lənkəran rayon sakini Eldəniz Niftullayev saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkarlanaraq götürülüb. E.Niftullayevin təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »