LDPR lideri Vladimir Jirinovski hazırda Vladimir Putinin əlində olan Rusiya prezidentinin postunun adının dəyişdirilməsini təklif edib.
İctimairey.az mediyanın məlumatına istinadən xəbər verir ki, siyasətçi belə bir təkliflə plenar iclas zamanı çıxış edib.
“Bu seçilmiş prezidentlər axmaq addır. Prezident. Ümumiyyətlə bu nədir? Amerikada yaşayırıq? Yoxsa Fransada? Jirinovski bildirib.
Onun fikrincə, Rusiyada avtokratiya institutu bərpa edilməli, dövlətin əsas rəhbər şəxsi yenidən çar və ya imperator adlandırılmalıdır.
2021-ci ilin oktyabrında britaniyalı tarixçi Saymon Sebaq-Montefiore Putini rus hökmdarları I Nikolay və III Aleksandrla müqayisə etdi. Ekspertin fikrincə, indiki Rusiya liderinin hakimiyyəti sovet lideri İosif Stalindən daha çox, Romanovlar sülaləsinin mərhum nümayəndələrinin hakimiyyətini xatırladır.
Bundan əvvəl, keçən ilin iyununda Rusiya prezidentinin keçmiş köməkçisi Vladislav Surkov Putini imperator Oktaviana bənzədirdi, çünki onun fikrincə, Roma İmperiyasının banisi kimi demokratiya ilə monarxiya arxetipini birləşdirib. Surkov qeyd edib ki, Rusiya lideri “yeni tipli dövlət” yaradıb.