Ukrayna məhkəməsi Poroşenkonun pasportlarını əlindən alıb

0

Məhkəmənin qərarı ilə eks-prezident şəxsi öhdəliyi ilə azad edilib və pasportlarını təhvil verməlidir.

Kiyev Peçersk məhkəməsi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı şəxsi öhdəlik şəklində həbs-qətimkan tədbiri seçib, həmçinin xaricə getməmək üçün, pasportlarını təhvil verməyi əmr edib.

Məhkəmə ittiham tərəfinin keçmiş Ukrayna liderinin həbsi və ya 1 milyard qrivna (təxminən 35,8 milyon dollar) girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatətini rədd edib.

Poroşenko yanvarın 17-də Varşavadan Kiyevə uçub.

Keçmiş prezident Donbassdan qeyri-qanuni kömür ixracı ilə bağlı “terrorizmin maliyyələşdirilməsi” və “dövlətə xəyanət” maddələri ilə ittiham olunur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »