Neftçalada “NEFTÇALA” marketə basqın olub. Vitrinlər dağıdılıb

0

Neftçala rayonunda marketə basqın edilib.

Bankə qəsəbə sakini, 1980-ci il təvəllüdlü Təhməzov Azad Əbülfəz oğlu şəhər ərazisində yerləşən “Neftçala” market adlı ərzaq mağazasına daxil olaraq satıcılardan nisyə mal istəyib.

Onun istəyini yerinə yetirməkdən imtina edən satıcılara etiraz əlaməti olaraq, əlindəki dəmir parçası ilə vitrinləri dağıtmağa başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidovun bildirdiyinə görə, hadisənin Neftçala rayonu, Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədildiyini təsdiqləyib.

Həmin şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »