Paşinyan: Ermənistan hökumətinin zərurət olduqda, KTMT-dən istifadə etmək səlahiyyəti var və bunu edəcək
Paşinyan Azərbaycanla sərhəddə yaranmış vəziyyətlə əlaqədar qurumla əlaqə saxlamağın mümkünlüyünü şərh edib.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Ermənistanın KTMT-yə müraciəti ilə bağlı məsələyə və təşkilatın Qazaxıstandakı son fəaliyyəti kontekstində münasibət bildirib.
“Bu məqam yetişəndə bəli, mən təbii ki, KTMT-dəki həmkarlarımızla birgə qərar verdim. Və KTMT tarixində ilk dəfə olaraq, sürətli reaksiya mexanizmi işə düşdü. Bu, Ermənistanın maraqlarına xeyirdir, yoxsa pis. “Əlbəttə, yaxşıdır. Bunlar həqiqətən bütün suallara cavab verirmi? “Xeyr, vermir” Paşinyan deyibdi.
Paşinyan Ermənistanın 40 kvadrat kilometr ərazisinin ölkənin nəzarətində olmadığı məsələsinə toxunaraq bildirib ki, keçmişdə Ermənistanın 70 kvadrat kilometrdən çox ərazisi Ermənistanın nəzarətindən kənarda olub və hələ də qalır.
“Niyə əvvəllər bu məsələlərlə bağlı KTMT-yə müraciət etməmisiniz? Sizin burada danışdığınız əslində müxalifət-iqtidar mübahisəsi mövzusu deyil, problemidir. Bəziləri Ermənistanın maraqlarından çıxış edərək, soruşur: konkret addımlar atmaq üçün, real imkan varmı və biz onlardan çəkinirik?”, müxalifət deputatları suallandırıb.
Baş nazir vurğulayıb ki, KTMT-nin müqavilə və əsasnaməsində təşkilatın ilk növbədə siyasi və diplomatik üsullarla fəaliyyət göstərməsi göstərilir.
“KTMT ordu deyil, ilk növbədə siyasi və hərbi-siyasi təşkilatdır.
Ermənistanla KTMT arasında gələcək münasibətlərdən danışan Paşinyan bildirib ki, Ermənistan hökumətinin zərurət olduqda və lazım gələrsə, qərar qəbul edib-etməmək üçün kifayət qədər səlahiyyəti var.
Öz növbəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə irəliləməsi və ya işğalının qarşısını almaq üçün, digər siyasi ikitərəfli mexanizmlər və KTMT mexanizmləri cəlb olunmalıdır.“4-cü maddə ilə bağlı KTMT-yə müraciət etmək zərurəti yaranarsa, Ermənistan hökuməti bunu edəcək.”