SON XƏBƏR: Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir

0

Rusiyanın Ukraynadakı iki konsulluğundakı diplomatlara ölkəni tərk etməyə hazırlaşmaq tapşırılıb.

İctimairey.az xəbər verir ki, “New York Times” Ukraynanın yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb ki,  yanvarın 5-də Rusiyadan olan diplomatların uşaqları və arvadları olan 18 nəfər ölkəni tərk edib. Yaxın günlərdə Kiyevdən və Lvovdakı konsulluqdan 30 nəfərin Ukraynanı tərk edəcəyi gözlənilir. ABŞ rəsmisinin sözlərinə görə, ABŞ hakimiyyəti gözlənilən evakuasiyadan xəbərdar idi.

“Rusiya hökumətinin dekabrın sonu və yanvarın əvvəlində onların ailə üzvlərini Rusiyanın Ukraynadakı səfirliyindən təxliyə etməyə hazırlaşdığına dair məlumatımız var”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, Kanada Müdafiə Nazirliyi Ukrayna böhranının kəskinləşməsindən ehtiyat edərək, ölkəyə xüsusi təyinatlı dəstə göndərib. Hərbçilər kanadalı diplomatların təxliyəsi üçün, plan hazırlayacaqlar. Eyni zamanda, xüsusi təyinatlıların göndərilməsi nə Kanada Müdafiə Nazirliyi, nə də ölkənin Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib.

Bundan əvvəl Kanada Xarici İşlər Nazirliyi vətəndaşlara “Rusiya təcavüzü” səbəbindən Ukraynaya və Rusiyanın bir sıra regionlarına səfər etməməyi tövsiyə etmişdi.

 

 

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »