SON XƏBƏR: Ablyazov: Qazaxıstanda hakimiyyəti dəyişmək planı hazırlanıb. Prezidentlik vəzifəsini ləğv edəcək

0

Qaçaq bankir Ablyazov Qazaxıstanda hakimiyyəti dəyişmək planı hazırlayıb və Qərbdən kömək istəyib

 İctimairey.az xəbər verir ki, Fransada yaşayan qaçaq qazax bankir Muxtar Ablyazov mediyaya müsahibəsində bildirib ki, o, Qazaxıstanda hakimiyyəti dəyişmək planı hazırlayıb, ölkənin baş naziri olmaq istəyir və Qərbdən kömək istəmək niyyətindədir.

“Biz plan işləyib hazırlamışıq, rejim dəyişikliyinə nail olacağıq. Mən gələcəm və  6 ay müddətinə Qazaxıstanın müvəqqəti hökumətinə başçılıq edəcəyəm. Bundan sonra seçkilər elan olunacaq. Partiyamız bu seçkilərdə qalib gəlsə, o zaman mən də qanuni baş nazir olacam. Prezident postu olmayacaq. Biz bu vəzifəni ləğv edirik”.

Maliyyəçinin sözlərinə görə, o, 2004-cü ildə biznes ortağı Yerjan Tatişevin qətlinə görə, qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilsə də, respublikaya qayıtmağı planlaşdırır. O, bunun yaxın gələcəkdə baş verəcəyini istisna etməyib.

Ablyazov Qərb liderlərindən də dəstək almağı planlaşdırır.

“Müraciət edəcəyik. Mən indi Fransa televiziyasında açıq çıxış edirəm. Mən şəxsən Makrona müraciət etdim. Mən Qərb ölkələrinə xəbərdarlıq etdim ki, əgər gözləmə mövqeyi tutsalar, Mərkəzi Asiya Əfqanıstandan da daha qaynar bir qazan olacaq”, o əlavə edib.

Siyasətçi qeyd edib ki, hazırda daimi olaraq Fransada yaşayır. O, Qazaxıstan hakimiyyətinin təqiblərindən qorxaraq, başqa ölkələrə getmir. Ölkədə məhkəmə onu cinayət birliyi yaratmaqda və BTA Bankın vəsaitlərini mənimsəməkdə təqsirli bilib, dəymiş ziyan 7,5 milyard dolları ötür. Onun rəhbərlik etdiyi qeydiyyatdan keçməmiş “Qazaxıstanın Demokratik Seçimi” hərəkatı respublikada ekstremist təşkilat kimi tanınıb. Bundan əlavə, o, 2004-cü ildə biznes ortağı Yerjan Tatişevin qətlinə görə, qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. 2019-cu ildə bankir prezident seçkiləri günü böyük etirazların təşəbbüskarı olub.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »