MN: Azad edilən ərazilərdə qoşunların fasiləsiz hərəkəti təmin edilir

0

İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən yolların daima işlək vəziyyətdə qalması, qar örtüyündən təmizlənilməsi, eləcə də  dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycan respublikasının dağlıq rayonlarına güclü qar yağıb. Milli Hidrometeorologiya Xidməti bir gün əvvəl xəbərdarlıq edib ki, bu bazar ertəsi Azərbaycanın cənub, şərq və qərb rayonlarına yenidən  qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »