Aqil Abbasdan polkovnik-leytenant  oğlunun cəzalanmasına REAKSİYA – “Səhvi olub…”

0

Deputat Aqil Abbasın oğlu,  Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova töhmət verilib.

Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə, daha doğrusu Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyinə görə cəzalandırıldığı deyilir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan deputat Aqil Abbas oğlunun töhmət alması məsələsinə belə münasibət bildirib:

“Xəbərim yoxdur. Mən oğlumla evdə iş məsələsini söhbət etmirəm. Töhmət verilibsə, demək ki, belə məsləhətdir. Nə isə səhvi olub ki, cəzalanıb”.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »