Lefkosa ŞKTR-nin Azərbaycan tərəfindən tanınacağına ümid edir

0

Faiz Sucoğlu:  Ümid edirik ki, qarşıdakı dövrdə azərbaycanlı qardaşlarla əlaqələrimiz həm siyasi, həm də iqtisadi baxımdan daha da güclənəcək  və Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanıması mühüm addım olardı. Lefkoşa (qismən tanınan Şimali Kipr Türk Respublikasının beş rayonundan biri.) buna ümid edir.

İctimairey.az xəbər verir ki, bu barədə Anadolu Agentliyinə ŞKTC-in baş naziri Faiz Sucuoğlu məlumat verib.

Onun sözlərinə görə, ŞKTC və Türkiyə “iki dövlət, bir millətdir”.

“Və həmişə belə olub. Azərbaycanın bağlılığı ilə biz “üç dövlət, bir millətik”. Ümidvarıq ki, qarşıdakı dövrdə azərbaycanlı qardaşlarla əlaqələrimiz həm siyasi, həm də iqtisadi baxımdan daha da güclənəcək. Ortaq kökləri, dili və dini ortaq olan Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanımasını gözləyirik. Bu mühüm addım olardı. Biz artıq qərar vermişik, “federasiya” ideyası artıq aktual deyil. Bundan sonra söhbət iki suveren bərabər dövlətin statusundan gedir. ŞKTC prezidenti Ersin Tatar isə, bu məsələdə prinsipial mövqedən çıxış edir. Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məhdudiyyətsiz dəstək var”, – deyə Sucuoğlu bildirib.

Eyni zamanda, ŞKTC baş naziri Şərqi Aralıq dənizində sualtı karbohidrogen və neft ehtiyatlarının strateji əhəmiyyətinə diqqət çəkib.

“Texnologiyanın inkişafı ilə bütün dünyanın diqqətinin bu regiona yönəlməsinin iki səbəbindən biri strategiya, digəri isə sərvət, yəni karbohidrogenlər və digər yeraltı sərvətlərdir. “Batmaz təyyarədaşıyan gəmi” var. Bu da Kiprdir. Kim Kiprdə dominantlıq edirsə, o, Yaxın Şərq və Şimali Afrikada hökmranlıq edir”, – baş nazir bildirib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »