Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzindədir

0

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

İctimairey.az  xəbər verir ki, 24news.ge və interpress.ge portalları Azərbaycan Prezidentinin müsahibəsində silsilə materiallar yayıblar.

Azərbaycan, rus, ingilis və gürcü dillərində oxuculara təqdim olunan materiallarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ABŞ administrasiyasının Ermənistana dəstəyi, Laçın dəhlizindəki vəziyyət, Rusiya sülhməramlıları ilə bağlı fikirləri, Ermənistana xəbərdarlığı, Azərbaycanın təhlükəsizliyinə yaranan təhdidlərin qarşısının qətiyyətlə alınacağı, eləcə də 3+3 formatı barədə fikirləri yer alıb.

 

 37 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »