Şoyqu: KTMT sülhməramlıları vəziyyətin tam sabitləşməsindən sonra, Qazaxıstandakı missiyasını başa vuracaqlar

0

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Sülhməramlı Qüvvələri (KTQ) bu Mərkəzi Asiya dövlətində vəziyyət tam sabitləşdikdən sonra, Qazaxıstandakı missiyasını başa vuracaq, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

İctimairey.az xəbər verir ki, Şoyqu çərşənbə axşamı keçirilən konfransda deyib. “Kollektiv Sülhməramlı Qüvvələr tərəfindən tapşırıqların icrası, təbii ki, Qazaxıstan Respublikası rəhbərliyinin qərarı ilə Qazaxıstan Respublikasında vəziyyət tamamilə sabitləşənə qədər həyata keçiriləcək”, 

Onun sözlərinə görə, “hazırda KTMT sülhməramlı qüvvələri Qazaxıstan ərazisində mühüm hərbi, dövlət və sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir”.

Şoyqu xatırladıb ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının yanvarın 9-da qəbul etdiyi qərara əsasən, təşkilatın komanda-nəzarət qüvvələri Qazaxıstan ərazisində yerləşdirilməsini başa çatdırıb.

“Qısa müddət ərzində, cəmi üç gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə şəxsi heyət və texnika daşınıb. Bu, KTMT-yə üzv dövlətlərin silahlı qüvvələrinin yüksək koordinasiya və səmərəli fəaliyyətləri, eyni zamanda  Rusiya qoşunlarının Suriyadakı və Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin təlimləri və yerləşdirmə zamanı əldə edilən təcrübə nəticəsində mümkün olub. – RF Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »