Saakaşvilinin anası: Oğlumun səhhətinin kəskin şəkildə pisləşib. Titrəmə, qol və ayaqların şişməsi…

0

Rustavi həbsxanasında cəza çəkən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin vəziyyəti son bir neçə gündə kəskin şəkildə pisləşib.

İctimairey.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” onun anası Giuli Alasaniyaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, siyasətçi təcili tibbi müayinədən keçməlidir, lakin həbsxanada bunun üçün uyğun şərait yoxdur. Qadın eks-prezidentin xəstəxanada olduğu müddətdə şikayət etdiyi simptomlardan əziyyət çəkdiyini qeyd edib.

“Lakin onlar daha da pisləşiblər. Baş ağrısı, yuxu problemləri, titrəmə, qol və ayaqların şişməsi – bütün bunlar var, lakin daha ağır formada”- Alasania  deyib.

Mixail Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Siyasətçi etirazlarda iştirak etmək üçün, səkkiz illik mühacirətdən sonra ölkəyə qayıdıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »