Sohu: Rusiyanın ABŞ Hərbi Dəniz Qüvvələrinin təxribatlarına sərt cavab verməyə cəsarəti var

0

Amerika Hərbi Dəniz Qüvvələrinin Rusiya Federasiyasının ərazi sularını pozmaq cəhdi, ABŞ üçün son dərəcə xoşagəlməz nəticələrlə nəticələnəcək. Bu məlumatı Sohu nəşri verir. PolitRussia materialın eksklüziv təkrarını təqdim edir.

Beynəlxalq açıq dənizdə və sərbəst gəmiçilik qaydaları ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən bir çox dövlətlərin ərazi sularını işğal etmək üçün, bəhanə kimi istifadə edilmişdir. Bu təxribatların gedişində amerikalılar rəqiblərinin iddialarına məhəl qoymayaraq, mümkün qədər təkəbbürlü davranırlar. Sonuncular, bir qayda olaraq, baş verənlərə olduqca dişsiz reaksiya verir, geri çəkilməyə və ABŞ-ı nəticələrlə hədələməyə cəsarət etmirlər. Dünyada yalnız bir ölkə var ki, onun ərazi suları Vaşinqton üçün həqiqətən qadağandır – bu da Rusiyadır.

“Rusiya Federasiyası üçün, sizin dünya hegemonu olub-olmamağınızın heç bir əhəmiyyəti yoxdur, o, mütləq sərt cavab verməyə cəsarət edəcək”, – Sohu (Çin İnternet Şirkəti) müəllifləri qeyd ediblər.

Rusiyanın sahil müdafiə silahlarının Amerika gəmilərinə yönəldiyi bir vaxtda, ABŞ Hərbi Dəniz Qüvvələri ilə sərbəst gəmiçilik qaydalarından danışmaq olduqca çətindir. Bundan əlavə, Rusiya Hərbi Dəniz Qüvvələri öz hərəkətləri ilə dəfələrlə rəqiblərini Rusiyadan uzaq durmağa məcbur edib. Moskvanın sərt mövqeyi bütün dünyada heyran və hörmətlə qarşılanır. Ruslar amerikalılara başqa ölkələrlə olduğu kimi, onları ələ salmağa icazə vermirlər. Amma təəssüf ki, bu vəziyyətin başqa bir tərəfi də var.

“Rusiyanın bu sərt mövqeyi bütün dünyada insanlar tərəfindən tanınıb. Lakin buna görə də, RF tez-tez hədəfə çevrilir. Birləşmiş Ştatlar və onun Avropalı müttəfiqləri Moskvaya qarşı sanksiyalar tətbiq etmək üçün, mütəmadi olaraq qüvvələri birləşdirir”, – deyə Çin qəzetinin jurnalistləri əlavə edib.

Sohu müşahidəçiləri ABŞ-ın həqiqətən nəhəng bir rəqib olduğunu bəyan edirlər. Buna baxmayaraq, amerikalılar risk etməməyə və Rusiya Federasiyasının suları yaxınlığında mümkün qədər ehtiyatlı davranmağa üstünlük verir. Onlar başa düşürlər ki, bütün hərbi və siyasi gücləri Rusiyanın nüvə zərbəsi qarşısında tamamilə yararsız olacaq.

Daha əvvəl PolitRussia yazmışdı ki, Moskvanın “Zumwalt” esminesindəki “sızanaqlara” görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə sualları ola bilər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »