DİQQƏT: “Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

0

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu dekabrın 24-də keçiriləcək.

İctimairey.az bildiri ki, bu barədə Birlikdən məlumat yayılıb.

Baş direktor Ruslan Əliyev Gədəbəy rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Ağstafa rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər, birliyin Şəmkir Regional Qaz İstismarı İdarəsinə müraciət edə bilərlər.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »