Meta-Fasebooka ən  böyük mükafat: İlin ən pis şirkəti

0

  Adını Meta olaraq dəyişən Facebook qalmaqallardan uzaqlaşa bilməyib. Bir sorğuda Meta ilin ən pis şirkəti siyahısına uzun qalmaqallardan sonra, çıxarılan qərarla başçılıq etdi.

    Bu yaxınlarda çətir şirkətinin adını Meta olaraq dəyişdirən Facebook tənqid hədəfi olmaqda davam edir.

İctimairey.az xəbər verir ki,  Meta Yahoo Finance tərəfindən edilən istifadəçi sorğusunda birinci yerdə olub. Ancaq, sorğu ilin ən pis şirkətini seçmək üçün qurulmuşdu.

Facebook 2021-ci ilin ən pis şirkəti seçildi. Açıq cavablarda istifadəçilərin hamısı fərqli səbəbdən Metadan şikayət ediblər.

  Bu səbəblər arasında nifrət dolu sözlər, dezinformasiya, şəxsi məlumatların pozulması kimi Facebook-un adının tez-tez hallandığı qalmaqallar var.

Metadan sonra, ikinci yerdə Çinin elektron ticarət nəhəngi Alibaba qərarlaşıb. Siyahıya daxil olan digər şirkətlər sırasında AT&T, Nikola və Tesla da yer tutur.

Zukerberqin CEO-su (Baş icraçı Direktor) olduğu Meta, Facebokk, Instagram, WhatsApp kimi ən çox istifadə edilən proqramları idarə edir.

  İlin ən yaxşı şirkəti Microsoft olub. 2021-ci ildə 2 trilyon dollar həddini keçən şirkətlər arasında Microsoft öz yerini tutub.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »