Omicron araşdırması: 70 dəfə daha sürətli çoxalır

0

Yeni bir araşdırma, Omicron variantının Delta variantından 70 dəfə daha sürətli yoluxduğunu ortaya qoydu.

Honq Konq Universiteti Tibb Fakültəsinin (HKUMed) alimlərinin araşdırması nəticəsində məlum olub ki, koronavirusun Omikron variantı orijinal və Delta variantından 70 dəfə daha sürətli yoluxur və insan bronxlarında çoxalır.

HKUMed-in bəyanatında deyilir: “Bu məlumat Omicron-un niyə əvvəlki variantlardan daha tez insandan insana keçdiyini izah edə bilər”.

İctimairey.az xəbər verir ki, araşdırma həmçinin Omicron-a yoluxmuş insanların ağciyərlərində infeksiyanın orijinal SARS-CoV-2 ilə müqayisədə xeyli aşağı olduğunu göstərib.

Mütəxəssislərin fikrincə, bu xüsusiyyət xəstəliyin daha yüngül gedişinə səbəb ola bilər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »