Toyota təchizat problemlərinə görə 2 fabrikində istehsalı dayandırıb

0

Yaponiyanın avtomobil nəhəngi Toyota, tədarük zəncirindəki fasilə və Covid-19 səbəbiylə Yaponiyadakı iki fabrikində istehsalı dayandırdığını açıqladı.

Yaponiyada yerləşən avtomobil şirkəti Toyota, təchizat çatışmazlığı səbəbindən Yaponiyadakı iki fabrikində istehsalı dayandırdığını bildirdi.

Şirkət sözçüsü tərəfindən verilən açıqlamada zavodlarda istehsalın ötən gün dayandırıldığı və üç gün davam edəcəyi gözlənilir.

Toyota ötən aylarda dekabr ayından etibarən normal istehsal prosesinə qayıdacağını açıqlamışdı.

Təchizat problemi səbəbindən normala qayıtma tarixini təxirə salan şirkət, vəziyyətin Yaponiyada tədarük zəncirinin kəsilməsi və Vyetnamdakı korona virusu səbəbiylə işçi qüvvəsinin olmaması səbəbindən meydana gəldiyini vurğuladı.

Sözçü əlavə edib ki, şirkətin istehsalı dayandırdıqdan sonra, 3500 avtomobilin istehsalında azalma gözlənilsə də, martın 31-də başa çatacaq maliyyə ilinin sonuna qədər, dünya üzrə 9 milyon avtomobil istehsal etmək hədəfini saxlayacaq.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »