Azərbaycanda dilçi alimi koronavirusdan vəfat edib

Tanınmış dilçi alim, AMEA Nəsimi adına Dilçilik İnstitutu Toponimiya sektorunun müdiri, professor Qara Məşədiyev 82 yaşında vəfat edib.

Bildirilib ki, professor koronavirusdan dünyasını dəyişib.

Məşədiyev Qara İbrahim oğlu 1939-cu il mayın 15-də Gədəbəy rayonunun Göyəmli kəndində anadan olub.

Qeyd edək ki, Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev Toponimika sektorunun müdiri vəzifəsində çalışıb.

Comments are closed.

Tərcümə »