SOS: Ürək xəstəliyinin 5 naməlum siqnalı – FOTO

0

Kardiologiya Mütəxəssisi Dr. Aslıhan Eran Ergöknil ürək xəstəliyinin bilinməyən 5 siqnalından danışıb, mühüm xəbərdarlıq və təkliflər verib.

İctimairey.az xəbər portalı olaraq, oxucuların diqqətinə çatdırırıq:

Ayaq ağrısı, ödem, ürəkbulanma… Gündəlik həyatın təlaşında bəzi sağlamlıq problemlərimiz üçün, həkimə getməyi laqeyd edə bilərik, hətta zərərsiz olduğunu düşünərək, müxtəlif səbəblərdən boş verə bilərik. Lakin, ekspertlər bunu doğru hesab etmirlər. Çünki; Bu şikayətlər əslində dünyada ölüm hallarının əsas səbəbləri arasında yer alan ürək xəstəliklərinin xəbərçisi ola bilər.

Kardiologiya Mütəxəssisi Dr. Aslıhan Eran Ergöknil: – “Nəfəs darlığı və ya sinə ağrısı kimi şikayətlərin ümumiyyətlə ürəkdən qaynaqlandığı bilinir. Bununla belə, ürəyə aidiyyatı olmayan və müxtəlif səbəblərlə əlaqələndirilə bilən, bəzi problemlər ürək xəstəliyinin siqnalı ola bilər. Sağlamlığımızla bağlı adi haldan fərqli neqativ hal hiss etdiyimiz zaman, bunun zərərsiz olduğunu düşünməməli, bunun bir səbəbi olduğunu bilməli, orqanizmin bu reaksiyasının göstərici ola biləcəyini gözardı etməməliyik. Təhlükəli xəstəliklərdən əziyyət çəkirik və bu səbəbdən həkimə müraciət etməkdən qaçmamalıyıq.

Budur ürək xəstəliyinin 5 bilinməyən əlaməti…

1. Ayaq ağrısı

Gəzərkən ayağınızın bel nahiyəsində yaranan və oturarkən ağrıyan, ayağa qalxdıqda isə, sürətlə azalan ağrılara xüsusi diqqət yetirilməlidir. Uzanarkən ayaq barmağı nahiyəsində ağrı yaranarsa və ayağa qalxdıqda ağrı azalarsa, ehtiyatlı olmaq tövsiyə olunur. Çünki; Bu iki növ ağrı adətən periferik arteriya xəstəliyi olaraq, təyin olunan ayaqlarda damarların kalsifikasiyası nəticəsində yaranır. Periferik arteriya xəstəliyindən qaynaqlanan qan dövranı pozğunluqları yalnız ayaqlarda problem yaratmır, həm də koronar arteriyalarda olan xəstəliklərin xəbərçisi ola bilər.

2. Ödəm

Adətən yediyimiz duzlu qidalar və ya hərəkətsiz olmağımız səbəbindən bədənimizdə meydana gələn ödəmə fikir berməyə bilmərik. Ancaq, ödəm çox ciddi səbəblərdən yarana bilər. Məsələn; Ürək çatışmazlığı olaraq, ödəmlə nəticələnə bilinən xroniki ürək çatışmazlığı ən çox rast gəlinən ürək xəstəliklərindən biridir. Ürək xəstəliyi zamanı ayaq və budlarda da ödəm meydana gələ bilər. Ödəm adətən ağrılı şişliklərlə müşahidə olunur. Bunun səbəbi; ürək artıq kifayət qədər qan vurmağa davam edə bilməyəndə, çatışmazlıq deməkdir. Bunlar toxumada anormal maye yataqlarıdır və həkimə müraciət edilməlidir.

3. Öskürək

Öskürək yalnız soyuqdəymə ilə gəlmir. Bütün öskürəklər zərərsiz deyil. Öskürək, təəssüf ki, bəzən xəstə bir ürəyin göstəricisi ola bilər. Ürək öskürəyi və ya kardiyak astma olaraq, təyin etdiyimiz bir öskürək də var. Bu öskürək, xüsusilə gücə düşən zamanı, məsələn, pilləkənlərə qalxarkən və gecə vaxtı baş verir. Ürəyi zəif olan, regurgitasiyası olan bir çox xəstə öskürək hücumları, xüsusən də quru öskürək olanlarla tanışdır. Tətikləyici amil də ağciyər dövranına maneə ola bilər. Ürək səbəblərindən öskürəklə yanaşı, gecə tez-tez nəfəs almada fasilələr olur ki, bu da bir neçə saniyə davam edir.

4. Gecə sidik ifrazı

Gecələr tez-tez sidiyə çıxırsınızsa, ürəyinizi də düşünməlisiniz. Bu da ürəyin zəif olması ilə bağlı ola bilər. Çünki ürək kifayət qədər qan dövranını təmin edə bilməyəcək qədər zəif olduqda, maye damarlardan toxumaya axır. Yuxu zamanı yığılan bu maye digər orqanlar kimi sidik kisəsində də toplanır və gecə tez-tez sidiyə çıxmasına səbəb ola bilər.

5. Ürəkbulanma və qarın ağrısı

Xüsusilə qadınlarda infarkt əlamətləri çox vaxt qeyri-spesifik olur. Sinə qəfəsində klassik təzyiq, və ya sıxılma simptomlarına əlavə olaraq, onlar tez-tez ürəkbulanma, qarının yuxarı hissəsində təzyiq ağrısı, həmçinin qusma və nəfəs darlığı ilə qarşılaşırlar. Ürək ağrılarına ciddi yanaşılmalı və düşünmək vacibdir ki, xüsusən də, bu cür simptomlar görünməmiş şiddətli ağrılar verirsə, həyatınızı bitirə bilər.

İctimairey.az

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »